Xəbər lenti

“El” hərəkatından AMİP-ə CAVAB
Siyasət11:22 06.06.2013

“El” hərəkatından AMİP-ə CAVAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“El”hərəkatının Ali Məclisinin sədri E.Quliyev Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Milli Şuradan imtina etməsinə münasibət bildirib.

O, Qaynar.info-ya açıqlamasında deyib ki, hazırda həmin partiya ilə danışıqlar davam etdirilir: “AMİP qoşulmuşdu ki, imtina da etsin?! Həmin partiya ilə danışıqlar gedir. Bildiyimə görə, Milli Şuranın qərarı belədir ki, qapı bağlanmır, yəni həmin qurumun əsasnaməsini qəbul edən, ölkədə avtoritarizmə qarşı mübarizə aparan, ölkədə demokratik seçki keçirilməsini özünə məqsəd sayan mütərəqqi fikirli siyasi partiyalar, qurumlar, ziyalılar tərəddüd edirlərsə, gələcəkdə dediyim kriteriyaları qəbul edəcəklərsə, Milli Şurada təmsil olunacaqlar. AMİP də hələki bu məsələni ölçüb-biçir. Milli Şuraya qoşulmaq prosesi uzun müddət davam edəcək. Seçkiyə vahid namizədlə getmək, iki illik keçid hökuməti yaratmaq, konstitusiyada dəyişikliyin olması, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi bir prosesdir. Çox güman ki, bu prosesə sonradan qoşulanlar da və bu prosesin ağırlığına dözməyib oradan qopanlar da olacaq. Burada da təəccüblü bir şey yoxdur, təbii qarşılamaq lazımdır”.


E.Quliyev Milli Şuranın sabahkı toplantısı barədə də məlumat verib: “Sabah saat 11-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Milli Şuranın ilk toplantısı keçiriləcək. Həmin tədbirdə bəyannamə qəbul olunacaq, tərkibi açıqlanacaq. Çox güman ki, sədrlə bağlı da müzakirələr aparılacaq. Bütün jurnalistlər dəvətlidir”.

İlkin
Qaynar.info