Xəbər lenti

Elarizin başına toyda görün nə gəldi?
Maqazin14:22 18.01.2017

Elarizin başına toyda görün nə gəldi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məhşurların dəvət aldığı toylardan xatirələri adətən çox olur və zaman-zaman müxtəlif maraqlı olaylar yaşanır. Azərbaycanda toylara ən çox dəvət alan müğənnilərdən biri olan Elariz Məmmədoğlu başına gələn maraqlı hadisəni Qaynarinfo.Az-a danışıb: 
"Toyların birində bəy və gəlinin atalarının adı eyni idi. Əbəttə deyəcəksiniz ki, nə olsun? O qədr əhmədlər, məmmədlər, həsənlər, hüseynlər var ki... Bu adlardan birinin gəlin və bəyin atasının adı olsaydı, mən də təəccüblənməzdim. Amma bu toyda gəlinin də, bəyin də atasının adı Söhbət idi. Söhbət adətən nadir qoyulan addır və bu adın yeni qurulan ailəyə təsadüf etməsi hər kəsə təəccüblü görünürdü. Mən isə dedim ki, bu bir cür qismətdir. İnanıram ki, yeni qurulan ailədə heç zaman problem yaşanmıyacaq. Problem olarsa belə, Söhbət müəllimlər bütün problemleri söhbət edərək yolun qoyacaqlar".
Qaynarinfo.Az