Azərbaycan Memarlarının XX qurultayı keçirilib.
Qaynarinfo xəbər verir ki, qurultayda Mədəniyyət naziri Anar Kərimovla yanaşı, bir sıra mədəni-ictimai xadimlər iştitak edib. Öncə qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına məktubunu oxuyub.
Mədəniyyət naziri Anar Kərimov nazirliyin Memarlar İttifaqı ilə uzun illər davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb.
Qurultayın sonunda Elbay Qasımzadə yenidən Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri seçilib.