Azərbaycanın keçmiş səfiri və keçmiş baş prokuror Eldar Həsənovun onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəkillərinin vəsadəti qəbul edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılan məhkəmə məhkəmə istintaqı müddətində həbs qəti imkan tədbirinin qüvvədə saxlanılması barədə qərar qəbul edib. Bu barədə anews.az-a onun vəkili Cavad Cavadov bildirib.
Növbəti məhkəmə prosesi sentyabrın 9-na təyin edilib.
Eldar Həsənov 2010-cu ildən 2020-ci ilə qədər Rumıniya, Serbiya, Bosniya və Herseqovina və Monteneqroda səfir işlədiyi dövrdə mənimsəmə ilə bağlı ittiham olunur. Sözügedən ittiham təmir işləri aparılarkən və səfirliklər üçün otaqların alınması zamanı ümumilikdə 180 min avrodan çox vəsaitin mənimsənilməsi ilə bağlıdır. / anews.az
13:39
Azərbaycanın həbsdə olan keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyib. Eldar Həsənov vəsatətə etiraz etməyib. Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturdulması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.
Prosesin davamında təqsirləndirilən şəxsin vəkili Cəlil Mirzəyev bildirib ki, müdafiə etdiyi şəxsin istintaq zamanı hüquqları pozulub, ittiham aktı prosessual tələblərə uyğun tərtib edilməyib, tanış etmə hüququ pozulub. O, işin yenidən istintaqa qaytarılmasını və məhkəmə işinə xitam verilməsini, baxış iclasının keçirilməməsini xahiş edib.