Xəbər lenti

Ekonomiks 15:24 15.01.2024

Eldar Mahmudovun dostu Ali Məhkəməyə üz tutdu - Girov qalmaqalı davam edir

Mərkəzi Bankla keçmiş deputat Çingiz Əsədullayev arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, birinci və apellyasiya instansiyalarında uduzan Çingiz Əsədullayev Ali Məhkəməyə kassasiya şikayəti verib.  

Elşanə Vəliyeva iş üzrə hakim təyin edilib. Yaxın vaxtlarda şikayətə baxılacaq.

Keçmiş deputatla Mərkəzi Bank arasındakı məhkəmə çəkişməsi "AGBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının ləğvindən sonra başlanıb. Məlumat üçün deyək ki, Çingiz Əsədullayev "AGBank” ASC-nin əsas sahiblərindən hesab edilir. 

Bankın lisenziyası ləğv ediləndən bir müddət sonra Mərkəzi Bank Nəsimi Rayon Məhkəməsində keçmiş deputata qarşı iddia qaldırıb.  İşin mahiyyəti girov müqaviləsi üzrə mübahisələrdən ibarət olub. 

Məlumata görə, Çingiz Əsədullayev birinci instasiya məhkəməsindən məğlu ayrılıb. Onun apellyasiya şikayəti də gözlənilən nəticəni verməyib. Bu halda keçmiş deputat Ali Məhkəməyə üz tutmaq məcburiyyətində qalıb. 

Məsələnin detalları barədə məlumat yoxdur. 

Çingiz Əsədullayev Milli Məclisin üçüncü çağırış deputatı olub. O, 90 saylı Ağdaş seçki dairəsindən deputat mandatı qazanıb. Keçmiş deputat həm də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun dostu kimi tanınır. 

Seyid


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->