"El" Hərəkatı sədrinin bəyanat verərək, qurumu tərk edəcəyi gözlənilir
"El" Hərəkatının sədri Eldar Namazov Milli Şuradan istefa verəcək.
Avropa.info-nun əldə etdiyi məlumata görə, Eldar Namazovun istefa verəcəyi bir neçə günə dəqiqləşəcək.
Xatırladaq ki, bu gün qurumun digər üzvü Zəfər Quliyev Milli Şuradan istefa verdiyini bəyan edib.
Eldar Namazovun isə yaxın vaxtlarda bəyanat verib, Milli Şuranı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, E.Namazov Milli Şuranın təsisçilərindən olub. Bu qurumun ilk sədri Rüstəm İbrahimbəyovun tövsiyəsi ilə Milli Şuranın icra aparatının rəhbəri seçilib. Prezident seçkiləri dövründə E.Namazov Milli Şuradakı vəzifəsindən istefa verib.