Xəbər lenti

“Elə işçilərimiz var, işə piyada gəlirlər” - Deputat
Siyasət18:17 04.03.2015

“Elə işçilərimiz var, işə piyada gəlirlər” - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva gənc elmi işçilərin əmək haqqının azlığının ciddi problemə çevrildiyini bildirib. 
Qaynar.info-nun lent.az-a istinadən məlumatına görə, AMEA Rəyasət Heyətinin iclasında millət vəkili bildirib ki, bu gün nəinki bölgələrdə, eləcə də Bakıda eyni problem yaşanır: “gənc elmi işçilər 140 manata işləmək istəmirlər. Hətta bizim institutun elə işçləri var ki, işə piyada gəlirlər. Ona görə də mövcud problemin həlli istiqamətində AMEA Rəyasət Heyətinin iclasında müzakirələr aparılmalı və ortaq nəticəyə gəlinməlidir”.
AMEA-nın birinci vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli isə elmi institutlardakı gəncləşmə probleminə toxunub. O deyib ki, bu problem istər Bakıda, istərsə də Naxçıvanda hiss olunur: “Gəncləşmə problemini həvəsləndirmə, stimullaşdırma yolu ilə həll etmək mümkündür. Misal olaraq, Naxçıvan Dövlət Universitetinin sonuncu kurs tələbələrini elmi təşkilatlara işə cəlb etmək lazımdır. Bunu Gəncədəki elmi bölməyə də şamil etmək olar”.
Qaynar.info