Xəbər lenti

Elektron sınaq imtahanları keçiriləcək
Ölkə14:35 18.03.2017

Elektron sınaq imtahanları keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün elektron sınaq imtahanları keçiriləcək. 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən "Qaynar"a verilən məlumata görə, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirəcək.

Elektron sınaq imtahanınlarında  iştirak üçün abituriyentlərin qeydiyyat müddəti, imtahanda iştirak etmək qaydaları haqqında növbəti həftənin əvvəlində məlumat veriləcək. Elektron sınaq imtahanlarının martın sonu, aprelin ilk günlərində keçirilməsi planlaşdırılır.

Qaynar.Az