Xəbər lenti

Əli Əkbər Vilayətinin yalan dolu məqaləsi nəyə xidmət edir?
Siyasət12:13 21.11.2022

Əli Əkbər Vilayətinin yalan dolu məqaləsi nəyə xidmət edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın keçmiş xarici işlər naziri, ali liderin müşaviri Əli Əkbər Vilayəti geniş məqalə yayımlayıb. Özünü mənşəcə azərbaycanlı adlandıran Vilayəti İranın heç zaman Azərbaycanı ələ keçirmək kimi planı olmadığını yazıb. Azərbaycan xalqının İran tarixində mühüm rolunu vurğulayan Vilayət Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını da xatırladıb. "Hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı da iranlıdır” kimi ikibaşlı cümlə işlədən Vilayəti dini amilin birləşdirici rol oynadığını vurğulayıb.
Qeyd edək ki, son zamanlar İranın Azərbaycana qarşı aqressiyası artıb. Bu ölkənin rəsmiləri Zəngəzur dəhlizini gündəmə gətirməklə Azərbaycanın guya İranı Ermənistanla bağlayan sərhəddən məhrum edə biləcəyindən dəm vururlar. 30 illik işğal dövründə bir dəfə də olsun hərbi təlimlər keçirməyən İran Azərbaycan torpaqları azad etdikdən sonra sərhəddə artıq üçüncü dəfədir ki, hərbi təlimlər keçirib. Əli Əkbər Vilayəti əvvəlki illərdə heç vaxt azərbaycanlı olduğunu belə qabartmağa cürət etmirdi. O cümlədən həmin illərdə nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolunu qabartmağa çalışmamışdı. İndi isə özünü azərbaycanlıların dostu kimi qələmə verməyə çalışır. Əvəzində Vilayəti dini amilin birləşdirici rolunu qabartmaqla əslində İranın dini rejiminin maraqlarına cavab verən açıqlama ilə çıxış edib. 
Tarixçi alim Nəsib Nəsibli Qaynarinfo-ya açıqlamasında Vilayətinin fikirlərini şərh edib:
"2006-cı ildə İran dövləti rəsmi "İran” qəzetində türklük şüuru daşıyanlara həşarat deyirdi. O zaman millətimiz 50 gənci qurban verib, "Haray, haray, mən Türkəm” şüarı ilə milli kimliyini müdafiə etdi. İndi ali rəhbərin müşaviri Əli Əkbər Vilayəti durub "siz azərisiniz, farsa qardaşsınız, hətta elə özümüzsünüz", deyir. Bəziləri isə əsli-nəsli ərdəbilliymiş deyə, yalan da uydururlar. Yoxdur belə bir şey! O, bir zamanlar məqaləsində "Turan da bizimdir, köçəri farsların məskənidir” deyən adamdır. Bu adamın yanlış iddialarla dolu, yanlış tərcümə edilən yazısını düzgün oxumaq lazımdır”. 
Rüfət Sultan