Xəbər lenti

Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşdü
Siyasət15:18 27.04.2022

Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edilib. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.