Xəbər lenti

Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi
Siyasət12:24 27.12.2019

Əli Əsədov qazaxıstanlı həmkarına başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Baş Naziri Əli Əsədov Qazaxıstanın Baş Naziri Əskər Maminə başsağlığı məktubu göndərib. 
Qaynarinfo xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli Əskər Uzakpayeviç, Almatı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqqında xəbərdən olduqca kədərləndim.
Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.