Xəbər lenti

Əli Əsədovdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya tərkibi ilə bağlı qərar
Siyasət06:20 10.08.2022

Əli Əsədovdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya tərkibi ilə bağlı qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, kollegiya üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri kollegiyanın tərkibinə əlavə edilib.