Xəbər lenti

Əli Həsənov: "Bu, dezinformasiyadır"
Ölkə06:44 17.04.2013

Əli Həsənov: "Bu, dezinformasiyadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərbaycanda prezidentin səlahiyyət müddətinin 7 ilə qədər artırılması ilə bağlı bəzi media orqanlarında dərc olunan məlumat tamamilə yanlışdır”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri Azərbaycanın siyasi sisteminin - prezident, parlament və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin, bölgü prinsiplərinin Azərbaycan Konstitusiyasında əks olunduğunu xatırladıb, belə təşəbbüslərin olmadığını qeyd edib: “Belə təşəbbüsə ehtiyac da yoxdur”.

O qeyd edib ki, gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldıracaqsa, bunu referendum yolu ilə həll etmək olar: “Hazırda isə belə bir təşəbbüs yoxdur, bu, dezinformasiyadır”.

Qaynar.info