Xəbər lenti

Əli Həsənovdan İTV-dəki qalmaqala REAKSİYA
Siyasət08:01 20.09.2013

Əli Həsənovdan İTV-dəki qalmaqala REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hakimiyyət nümayəndəsi olaraq prezidentliyə namizədlərin hər hansı hərəkət və davranışı haqda fikir bildirmək, rəy vermək istəmirəm. Çünki bu, istənilən halda yaxşı yozulmayacaq. Amma prezidentliyə namizədlərin oradakı hərəkətlərinə nəzər salsanız görərsiniz ki, yalnız Hafiz Hacıyev deyil, başqalarının da davranışlarında, debatda özlərini aparmalarında müəyyən qüsurlar var".

Qaynar.info-nun məlumatına görə, bunu “Media forum” saytına müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, bütövlükdə götürəndə baş verənlər seçki prosesi üçün xoşagələn hal deyil: "Bu, Azərbaycanın imici üçün yaxşı hal sayıla bilməz. İnsanlar televiziya qarşısında oturur və prezidentliyə namizədlərin çıxışlarını gözləyir. Vətəndaşlar qarşıdakı illərdə onları nələr gözlədiyini, hansı alternativ layihələrin, təkliflərin olduğunu öyrənmək istəyirlər. İnsanlar namizədlərdən konkret təklif, layihə, inkişafa xidmət edən ideyalar gözləyirlər. Amma onların televiziyada qarşılıqlı şəkildə ittihamlarla çıxış etmələri, bir-birilərinə qarşı təsdiqini tapmamış kompromatlar irəli sürmələri, belə kompromatlarla günahlandırmaları ilə rastlaşanda vətəndaşlar bunu yaxşı qarsalamırlar, məyus olurlar".

Qaynar.info