Haqq Ədalət Partiyası (HƏP) növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, bu barədə partiya sədri Əli İnsanov özünün "Facebook" səhifəsində məlumat yayıb.
Məlumata görə, HƏP-in 9 nəfər üzvünün namizədliyinin irəli sürülməsi təsdiqlənib. Sabiq səhiyyə naziri Əli İnsanovun özünün adı siyahıda yoxdur:
Həmin şəxslər aşağıdakılarıdır:
1. Əliyar Şirməmmədov (İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri) - Bakı şəhəri, Nizami birinci 24 saylı DSK;
2. Bəhram Mehdiyev (İdarə Heyətinin üzvü) - 25 saylı Bakı şəhəri, Nizami ikinci DSK;
3. Aslan Dəmirov (HƏP Mərkəzi İcra Aparatı rəhbərinin birinci müavini) - 87 saylı Qobustan-Şamaxı-İsmayıllı DSK;
4. Elçin İsmayılov (HƏP Mərkəzi İcra Aparatı rəhbərinin regionların işi üzrə müavini, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri) - 40 saylı Gəncə şəhər üçüncü DSK;
5. Bildirçin Davudova (HƏP Qadınlar Şurasının sədri) - 50 saylı Abşeron üçüncü DSK;
6. Əsgər Məmmədbəyli (HƏP Naxçıvan Şəhər Təşkilatının sədri) - 4 saylı Naxçıvan şəhər DSK;
7. Anar Hüseynov (HƏP Sumqayıt Regional Mərkəzinin rəhbəri) - 43 saylı Sumqayıt Şəhər üçüncü DSK;
8. Azər Salmanov (HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri) - 111 saylı Zaqatala Şəhər DSK;
9. Dilqəm Əliyev (HƏP Şəmkir Rayon Təşkilatının sədri) - 102 saylı Şəmkir Şəhər DSK
Şərhlər