Xəbər lenti

Əli Kərimli NİDA-çıların analarını ziyarət etdi
Siyasət10:34 23.04.2014

Əli Kərimli NİDA-çıların analarını ziyarət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AXCP sədri Əli Kərimli və müavinləri həbsxanada aclıq aksiyası keçirən NİDA-çıların aclıq edən analarını ziyarət edib. 

AXCP sədri bu barədə facebookda yazıb. Ə. Kərimli bildirib ki, onların azadlıqsevər, vətənpərvər, mübariz övladları zülmlə mübarizənin ön cəbhəsindədirlər: 

“Analar isə hər zaman oğullarının arxasındadırlar. İndi onlar da mübarizə aparırlar. Şəxsi nümunələri ilə yatmış vicdanları oyatmağa çalışırlar. Bu ağır zamanlar keçəcək. NİDA-çılar, digər siyasi məhbuslar, elə Azərbaycan da azadlığına qovuşacaq. Sizlər isə övladlarınızla hər zaman fəxr edə biləcəksiniz. Axı sizlər əsl vətəndaş böyütmüsünüz”.

Qaynar.info