
Ötən gün polis AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlini saxlayıb.
Ə.Kərimli Turan-a bildirib ki, oğlu iki dostu ilə birlikdə küçədə prezidentliyə namizədlərin təşviqat plakatlarını cırmaqda ittiham olunur. “O, dostları ilə şəhərdə gəzərkən onu tutublar”, – Ə.Kərimli qeyd edib.
Saxlanılanlar Nəsimi rayon 22-ci polis bölməsinə aparılıblar. Onların məhkəmə qarşısında dayanacağı gözlənilir.