Xəbər lenti

Əli Kərimli Türkiyədəki seçkilərdən danışdı
Siyasət07:47 31.03.2014

Əli Kərimli Türkiyədəki seçkilərdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AXCP sədri Əli Kərimli Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini dəyərləndirib. 

"Qafqazinfo" xəbər verir ki, AXCP sədri facebook səhifəsində Türkiyədəki bələdiyyə seçkilərini çox maraqla izlədiyini vurğulayıb: 

"Xüsusən ona görə ki, qardaş ölkədə son vaxtlar baş verənlərin xeyli dərəcədə oturuşmuş seçki sistemini zədələyə biləcəyindən narahat idim. Narahatam ki, Türkiyə demokratiyası, ölkənin konstitusion dövlət orqanları bu günlərdə yenidən imtahana çəkilir. Cəmiyyətdə çox ciddi qütbləşmə, hətta qarşıdurma var. 

Seçkilərin ilkin nəticələri göstərir ki, bu vəziyyət seçkidən sonra da davam edəcək. Lakin məmnunam ki, bütün çətinliklərə baxmayaraq Türkiyə seçki sistemi sınaqdan üzüağ çıxmaqdadır. Seçkinin nəticələrini həqiqətən də xalqın iradəsi müəyyənləşdirir. Türk xalqı isə oyaqdır, ayaqdadır, taleyini kimsəyə ümid olmaq fikrində deyil".

Qaynar.info