Xəbər lenti

Əliağa Hüseynov: "Xalqım məni istəmirsə..."
Siyasət09:54 24.12.2019

Əliağa Hüseynov: "Xalqım məni istəmirsə..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Deputatlığa namizəd olmaq üçün xalqın arzusu və istəyi olmalıdır. Deputatı xalq seçir. Əgər xalqımız məsləhət bilsə və mənə təklif etsələr, o zaman mən də namizədliyimi irəli sürərəm". 
Qaynarinfo xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin V çağırış deputatı, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov bildirib. 
Əliağa Hüseynov deyib ki, xalqdan istək olmasa, deputatlığa namizəd olmayacaq:
"Əgər xalqım mənim seçilməyimi istəmirsə, o zaman yalandan seçkilərdə iştirak etməyin nə mənası var? Mən tam əmin olsam ki, xalq məni istəyir, o zaman deputatlığa namizəd olaram. Ancaq hələ ki, mənə elə bir təklif edən kütlə yoxdur. Salyanın digər deputatı olmuş Fəzail Ağamalıya da uğurlar arzu edirəm. Yəqin ki, onu xalq istəyir, o da deputatlığa namizədliyini irəli sürür. Allah hər kəsin canını sağ etsin!".