Xəbər lenti

Əlimərdan bəy Topçubaşının nəvəsi vəfat etdi
Ölkə18:42 08.10.2021

Əlimərdan bəy Topçubaşının nəvəsi vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan yeganə nəvəsi Gülnarə Kürdəmir vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə HafizTimes.com-a Gülnarə Kürdəmirin qızı Nilufer Sanders məlumat verib.
Onun sözlərinə görə, G.Kürdəmirin cənazəsi artıq dəfn edilib:
"Anam üç gün öncə vəfat etdi. O, uzun müddət idi ki, xəstəxanada müalicə olunurdu. Anamın cənazəsini Zincirliquyu qəbirstanlığında, Kürdəmir ailəsinin üzvləri – babam Əliəşrəf Kürdəmir, nənəm Sara xanım, Zərifə xalam və qardaşım Fikrətin məzarlarının yanında dəfn ediblər”.
Xatırladaq ki, Əlimərdan bəy Topçubaşı mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Gülnarə Kürdəmir isə Əlimərdan bəyin böyük qızı Sara xanımın övladı idi.