Xəbər lenti

Əlincə qalası belə olacaq - FOTOLAR
Sənət10:52 10.02.2016

Əlincə qalası belə olacaq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tariximizin ən möcüzəli və qüdrətli zamanlarına səyahət etməyə hazırsınızmı? Bəli, bu tezliklə mümkün olacaq. Azərbaycan dağlarının qoynunda yerləşən Əlincə qala-şəhərinin bərpası bizə bunu demək üçün çox güclü əsas verir.

Əlincə qalası ölkəmizin ərazisində yerləşən ən gözəl tarixi abidələrdən biri hesab edilir. Yazılı mənbələrdə 10-cu əsrdən etibarən “Alıncaq”, “Alancıq”, “Əlincək” və “Əlincə” şəklində çəkilən qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın sağ sahilində yerləşir. Bu adın qədim türk dilindəki “alan” (düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir.

2014-cü ildə qəbul edilən rəsmi qərara əsəsan Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa işlərinə start verilib. Hal-hazırda Əlincə Qalasında bərpa işləri də həmin sərəncama uyğun aparılmaqdadır.

İki girişi olan qalanın bərpasına Culfa-Qazançı yolunun sağ tərəfindəki girişdən başlanılıb. Qalaya qədər torpaq yollar çəkilir və bəzi zəruri materiallar bərpa işləri aparılan əraziyə hətta əlla daşınır. Qısa müddət ərzində qalanın şərq və qərb darvazaları bərpa edilərək köhnə vəziyyətinə qaytarılıb. İri qaya parçalarından inşa edilən qala divarlarının bərkidilib. Bərpa işləri zamanı qalanın tarixi əzəmətli görünüşünün qorunub saxlanılması üçün xüsusi diqqət və səy göstərilir.

Qeyd edək ki, Qalanın yuxarı hissəsindəki binaların bəziləri vaxtilə yaşayış sahəsi, digərləri isə ictimai bina kimi istifadə olunub. Mənzillər adətən birotaqlıdır və Bəzi otaqların arxa divarlarında dördkünc formalı taxçalar, kiçik təndirlər, əl dəyirmanları aşkarlanıb. Burada həmçinin tövlələr, anbarları və  təndirlər də aşkar edilib. Evlərin qızdırılmasında kiçik təndirlərdən və buxarılardan istifadə olunub. Bir sözlə, təmir-bərpa işləri zamanı qalada yaşayan insanların həyat tərzini özündə əks etdirən xeyli faktlar üzə çıxarılıb.

Sizə bərpa işlərinin getdiyi Əlincə Qalasından çəkilən digər fotoları təqdim edirik (pahoo.az):.

Qaynar.info