Xəbər lenti

Əliyevlə Sarkisyan gələn ay da görüşəcək
Siyasət08:07 17.05.2016

Əliyevlə Sarkisyan gələn ay da görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Vyanada baş tutan görüşdən sonra  Azərbaycan və Ermənistan prezidentləri gələn ay da görüşməyi planlaşdırıblar.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, hər iki ölkə lideri İlham Əliyev və Serj Sarkisyan bu formatda yeni görüşün keçirilməsi üçün razılıq əldə ediblər. 

Qeyd edək ki, dünən iki saat davam edən danışıqlaran sonra tərəflər regionda atəşkəsə əməl edilməsi ilə bağlı razılıq əldə ediblər. Bundan başqa, Əliyevlə Sarkisyan münaqişə zamanı itkin düşən şəxslərlə bağlı məlumat mübadiləsi aparmağı davam etdirəcəklərini bildiriblər.

Qaynarinfo.az