Xəbər lenti

Əliyevlə Sarkisyanın növbəti görüşü hazırlanır
Siyasət15:04 15.07.2016

Əliyevlə Sarkisyanın növbəti görüşü hazırlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü yaxın zamanda təşkil etməyə çalışacaqlar.
Anspress-in məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Ria Novosti" agentliyinə açıqlama edib.
 "Prezidentlərin növbəti görüşlərinin vaxtı dəqiq açıqlanmasa da ABŞ, Rusiya və Fransa həmsədr ölkələr kimi prezidentlərin növbəti görüşünü ən yaxın zamanda təşkil etməyə çalışacaqlar" - deyə Uorlik bildirib.  
İyun ayının 20-də Sankt-Peterburqda prezidentlər- Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü baş tutub. 
Peterburqun Konstantinov Sarayında keçirilən görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və  ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.
Görüşdən sonra Azərbaycan, Ermənistan və  Rusiya prezidentləri Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat yayıblar. 
Bəyanatda münaqişənin həllində dinamik danışıqların aparılması xüsusi vurğulanıb. 
Prezidentlərin bəyanatı barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verib: "Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı uyğunlaşdırdılar. Bəyanatda münaqişənin siyasi yollarl nizama salınması ilə bağlı addımların ön plana çıxarılması diqqətə çatdırılır”.
Onun sözlərinə görə, son günlərdə cəbhə xəttində vəziyyət sakit olaraq qalır. Həmçinin prezidentlər Qarabağda ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı  razılığa gəliblər.
Qaynarinfo.Az