Xəbər lenti

Elman Fəttah: "Həbsin siyasi sifariş olduğunu sübut edəcəyik" - AÇIQLAMA
Siyasət10:01 14.01.2014

Elman Fəttah: "Həbsin siyasi sifariş olduğunu sübut edəcəyik" - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Müdafiə komitəsi Yadigar Sadıqovla bağlı yeni addımlar atacaq"

Bunu Qaynar.info-ya Yadigar Sadıqovun Hüquqlarının Müdafiə Komitəsinin sədri Elman Fəttah deyib.

Yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində Müsavat başqanının müşaviri Yadigar Sadıqova hökm oxunub. Yadigar Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Elman Fəttah bildirib ki,  yaxın günlərdə bu məsələ müzakirə ediləcək, bununla bağlı müdafiə komitəsi qərar verəcək: "Biz hesabat xarakterli bəyanat hazırlayırıq. Müdafiə Komitəsi və vəkillər lazım olan işləri görəcəklər ki, bu hökümdən şikayət verilsin. Beynəlxaq təşkilatlara və insan hüquqları komitələrinə bununla bağlı çağrışlar göndəriləcək. Əlimizdən gələni edəcəyik ki, bu həbsin siyasi sifariş olduğunu və heç bir hüquqi əsası olmadığını sübuta yetirək. Yadigar Sadıqovun qısa bir müddətdə azadlığa çıxması üçün bütün lazım olan vasitələrdən istifadə olunacaq".

Xatırladaq ki, Yadigar Sadıqovu ötən il iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi tutub. Müsavat başqanının müşaviri silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunub. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edib. Yadigar Sadıqov isə bu iddianı tamamilə rədd edib, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayıb.

İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barədə 2 aylıq həbs-qətimkan tədbiri seçib, avqustun 24-də həbs müddəti bir ay, sentyabrın 22-də daha bir ay uzadılıb. Ötən gün isə Lənkəran rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə keşirilən iclasda Yadigar Sadıqova 6 il həbs cəzası verilib.

Elkin Xəlilov
Qaynar.info