Xəbər lenti

Elmar Məmmədyarov Gürcüstana gedir
Siyasət15:38 27.08.2016

Elmar Məmmədyarov Gürcüstana gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfərə gedəcək.
Report xəbər verir ki, Azərbaycan XİN başçısı Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, parlament sədri David Usupaşvili və Xarici İşlər naziri Mixail Canelidze ilə görüşəcək.
Səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Eyni zamanda, E.Məmmədyarov Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcək və ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyacaq.
Qaynarinfo.Az