Xəbər lenti

Elmar Vəliyevin də xanım müavini oldu
Siyasət17:41 12.06.2014

Elmar Vəliyevin də xanım müavini oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhər İcra Hakimiyyətində yeni təyinat olub. 
Qaynar.info APA-ya istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetində Musiqi kafedrasının müdiri Sevda Firudin qızı Qurbanəliyeva Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini təyin edilib. Bu gün şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yeni müavini ictimaiyyətə təqdim edib.
Humanitar məsələlər üzrə müavin vəzifəsində çalışan Nizami Sabir oğlu Hacıyev isə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı məsələlər üzrə müavini vəzifəsi təxminən iki il idi ki təyinatsız idi.
Qaynar.info