Azərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundova dövlət qurumunu məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, səfir Bakı İnzibati Məhkəməsində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 1 saylı Ərazi İdarəsi barəsində iddia qaldırıb.
İddia Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatındadır. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Bu iş üzrə Elmira Axundovadan başqa daha iki iddiaçı var. Onlardan biri Əzizov Aydın Məmmədrza oğlu, digəri isə Abbasov Eldar Süleyman oğludur.
Aydın Əzizov barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Eldar Abbasova gəlincə, o, "Elit” apteklər şəbəkəsinin sahibi kimi tanınır.
Mediada gedən məlumatlara görə, sözügedən apteklər şəbəkəsi əslində Elmira Axundovaya məxsusdur. Lakin Eldar Abbasov bu məlumatları təkzib edib.
Elmira Axundova Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub. 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiridir.
Seyid
Şərhlər