Xəbər lenti

“Elmlər Akademiyası”nı su basdı - FOTOLAR
Ölkə19:45 25.02.2014

“Elmlər Akademiyası”nı su basdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 17 radələrində Elmlər Akademiyası metro-stansiyasının çıxışında, Zahid Xəlilov küçəsindən keçən su borusu partlayıb.

“Axar.az”ın hadisə yerində olan müxbiri xəbər verir ki, borunun partlaması nəticəsində bütün küçəni su basıb. Yolun ortasında açılmış çuxur avtomobillərin hərəkətinə mane olduğu üçün yol bağlanıb.

Hadisə yerinə gələn “Azərsu” işçilərindən birinin əməkdaşımıza verdiyi məlumata görə, yaranmış problem gecəyə qədər tamamilə aradan qaldırılacaq.

Qaynar.info