Xəbər lenti

Elnur Hüseynov: “Bir daha Eurovisiona getməyəcəm”
Maqazin12:00 27.06.2016

Elnur Hüseynov: “Bir daha Eurovisiona getməyəcəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Eurovision 2008” və “Eurovison 2015” mahnı müsabiqələrində ölkəmizi təmsil edən Elnur Hüseynov yarışmanın sistemindən şikayətlənib. 

Qaynarinfo.az xəbər verir ki, ifaçı özünü lazım olduğu kimi yarışmada göstərə bilmədiyini deyib. Hüseynov bundan sonra heç vaxt eyni yarışmaya qatılmaq istəmədiyini açıqlayıb. 

““Eurovision” mahnı müsabiqəsində iştirak etmək çox böyük şərəfdir. Ancaq məsələ orasındadır ki, qarşıma bir çox sərhədlər qoyurlar. Onların dediyi ilə mən, mənim dediyimlə onlar razlaşmır. Ona görə mən istədiyim effekti verə bilmirəm. Bundan sonra bu yarışmada yox, ancaq festivallarda çıxış etmək istərdim. Bir çox xarici ölkələrdəki, fərqli və beynəlxalq səviyyəli festivallardakı çıxışımla özümü göstərə biləcəm”.

Qaynarinfo.az