Türk mətbuatı “O səs Türkiyə”də qalib olan həmyerlimizlə bağlı maraqlı iddia irəli sürüb. Axşam.az-ın “posta.com”a istinadən xəbərinə görə, o, tamaşaçılardan 1 milyon səs toplayaraq, yarışmanın tarixində rekorda imza atıb. Məqalədə eyni zamanda Elnurun Azərbaycandan sevindirici xəbər aldığı da qeyd olunub:
“Azərbaycan Elnur Hüseynovu bu ilin mayında Avstriyada keçiriləcək “Eurovision” mahnı yarışmasına göndərəcək. 2008-ci ildə sözügedən yarışmaya qatılan ifaçı səkkizinci yeri tutmuşdu. Peşəkar sənətçinin “O səs Türkiyə”də yer alması da söz-söhbətə səbəb olub. Layihənin rəhbəri Acun İlıcalı yarışmadakı iştirakçılardan yeddisinin müxtəlif klublarda müğənnilik etdiyini və bu məsələdə heç bir sərhəd qoyulmadığını söyləmişdi”.
Qaynar.info