Xəbər lenti

Elnurun “Beyaz Show”da möhtəşəm çıxışı - FOTO/VİDEO
Maqazin06:27 21.02.2015

Elnurun “Beyaz Show”da möhtəşəm çıxışı - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“O səs Türkiyə”dəki möhtəşəm qalibiyyətindən sonra Elnur Hüseynov qardaş ölkədə ən çox izləyici kütləsi olan şəxslərdən birinə çevrilib.
Anspress-in məlumatına görə, "O səs Türkiyə"də qələbəsi ilə bir sıra söz-söhbətlərin hədəfi olan gənc ifaçı Elnur Hüseynov bu gecə qonaq olduğu “Beyaz Show” proqramında izləyicilərə xoş dəqiqələr yaşadıb. 
O, proqramda Paul Robesonun repertuarından məşhur "Sometimes I Feel Like a Motherless Child" mahnısını səsləndirib. 
Elnur gələcək planlarından söz da açıb: “Azərbaycanda İsfar Sarabski adlı cazmen var, onunla albom üçün ingilis dilində 7-8 mahnı hazırlayırıq. Eyni zamanda, tərzimə uyğun bəzi türk mahnıları da kaver edib oxuyacam”.
Müğənni proqramda Azərbaycanı salamlayıb və Türkiyədə yaşayıb ona dəstək olan azərbaycanlılara, eləcə də türk xalqına təşəkkürünü çatdırıb. Proqramın aparıcısı Bəyaz da onun salamlarına qoşularaq ölkəmizdə çox sayda izləyiciləri olduğunu vurğulayıb.
Qaynar.info