Milli Düşüncə və İnkişaf İctimai Birliyinin sədri Əlövsət Talışxanlı İlham Əliyevi fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib.
Qaynarinfo xəbər verir ki, birlik sədri dövlət başçısına uğurlar arzulayıb:
"Cənab prezident!
Sizi Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq onun bütün ərazilərində keçirilmiş prezident seçkilərində qələbə qazanmağınız münasibətilə təbrik edir və uğurğar arzulayıram".