
Bu gün ABU-nun sabiq rektoru Elşad Abdullayev yeni videomaterial yayıb.
Qaynar.info xəbər verir ki, E.Abdullayev videonu "Yeni Müsavat"a yollayıb. Sabiq deputat Gülər Əhmədova və onun rəfiqəsi, mərhum Sevinc Babayeva ilə E.Abdullayevin söhbətinə həsr olunan videonun daha öncə yayılandan bir fərqi var. Bu da onun tam versiyada, 1.5 saat olmasıdır.Xatırladaq ki, daha öncə G.Əhmədova və onun vəkilləri açıqlama verərək sabiq ABU rektorunu videonun tam versiyasını yaymamaqda ittiham edirdi. E.Abdullayev də öncə bu videogprüntüərin tam, montajsız versiyasını prokurorluğa göndərdi. Bu gün isə ictimaiyyətin bu söhbət barədə tam məlumatlı olmasına şərait yaratdı.
Hazırda videonun yüklənmə prosesi gedir. Yaxın dəqiqələrdə onunla tanış ola biləcəksiniz.
Qaynar.info