Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib və dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Teleqraf.com-un yazdığına görə, dövlət ittihamçısı çıxışında başqa bir maraqlı məqama da toxunub.
O, Elşad Abdullayevin Baş Prokurorluğun Dövlət ittihamı idarəsinin prokuroru Elsevər Abdullayevin barəsində xüsusi qərardad çıxarılmasını da təklif edib. Bildirib ki, Elsevər Abdullayev hüquq-mühafizə orqanlarında işləməsinə baxmayaraq hadisələrlə bağlı müvafiq qurumları məlumatlandırmayıb.
Onun sözlərinə görə, qanunsuz hərəkətlərlə bağlı Elsevər Abdullayev hüquq-mühafizə orqanlarına məlumat verməyib və müvafiq işlərin görülməsində iştirak edib. Dövlət ittihamçısı çıxışında Elsevər Abdullayevin barəsində ciddi tədbir görülməsi üçün xüsusi qərarın çıxarılmasını təklif edib.