Xəbər lenti

Elşən Gəncəvi Pərvin Kərimzadəni təbrik etdi
Siyasət07:56 03.09.2024

Elşən Gəncəvi Pərvin Kərimzadəni təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1 sentyabr 2024-cü il tarixində keçirilən Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçilmiş namizəd Pərvin Kərimzadə Orxan qızını təbrik edib.
Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə Pərvin Kərimzadə Orxan qızını qələbə münasibəti ilə səmimi qəlbdən təbrik edib:
"Qələbəniz münasibətilə səmimi təbriklərimi ifadə edirəm, məsuliyyət və vəzifələrinizi uğurlu icra edəcəyinizə əminəm. Millət vəkili olaraq fəaliyyətiniz zamanı vətəndaş və dövlət arasında sağlam körpünün davamlı olmasına töhfə verəcəksiniz.
Dövlətimizin inkişafı və 39 saylı Gəncə ikinci seçki dairəsinin ərazisində yaşayan vətəndaşların rifahı naminə bilik və bacarıqlarımla dəstək verməyə hazıram. Vətəninə sonsuz sevgisi olan vətəndaş olaraq, Sizinlə birlikdə yeni dövrə səsimiz Azərbaycan, səsimiz Gəncə olsun!”