Xəbər lenti

Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edildi
Siyasət14:10 17.08.2020

Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.
Qaynarinfo-nun Modern.az-ın məlumatına görə, bu  haqda bu gün Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.
Xatırladaq ki, E. Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə İlyas İsmayılovun artıq dünyasını dəyişmiş oğlu Etimad İsmayılovla mübahisəsi səbəbindən partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən "Strateq.az" analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur.