Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "Avromed Company” QSC-nin İnsan Resursları üzrə baş direktoru Sara Cavlalova barəsində cərimə protokolu tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, dövlət qurumu Sara Cavlalovanı İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilərək, 1000 manat məbləğində cərimə edilməsini qərara alıb.
Sara Calalova dövlət qurumunun tərtib etdiyi protokoldan məhkəməyə şikayət edib.
Məhkəmə iclasında iştirak edən Xidmətin Bakı şəhər İdarəsinin nümayəndəsi bildirib ki, 2023-cü il tarixdə "Əmək və Məşğulluq” alt sisteminə baxış keçirən zaman əmək müqavilələri bildirişlərindən QSC-nin işçilərlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından (345 manat) aşağı əmək haqqının verildiyi nüəyyən edilib və araşdırma nəticəsində inzibati xəta haqqında protokol və müvafiq qərar qəbul olunub. O, göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə Sara Cavlalovanın şikayəti qismən təmin edilib, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2023-cü il tarixli qərar ləğv olunub və və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilib. İş yenidən araşdırılacaq.
Əhməd
Şərhlər