Xəbər lenti

Əməkdar artist 40 illik sirrini açdı: "Həyat yoldaşım rəhmətə gedəndən sonra Səyavuş Aslanla … " (VİDEO)
Maqazin17:54 02.02.2021

Əməkdar artist 40 illik sirrini açdı: "Həyat yoldaşım rəhmətə gedəndən sonra Səyavuş Aslanla … " (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ARB TV-nin "Elgizlə izlə” verilişinin növbəti qonağı Əməkdar artist Təranə Vəlizadə olub.
Sənətçi illər öncə Xalq artisti Səyavuş Aslanla haqqında yayılan şayiələrə aydınlıq gətirib:
"Həyat yoldaşım rəhmətə gedəndən sonra depressiyaya düşdüm. İllərlə xəstə yatdım. Özümə gələ bilmirdim. Ayılanda da eşitdim ki, Səyavuşla haqqımda söz-söhbət yayılıb.
Hər kəsin arxa-dayağı var idi. O məqamda mənim heç kimim yox idi. Məni sahibsiz bilib adıma belə söz çıxardılar. Mən qayınanamla birgə yaşayırdım. Abır-həyama bükülən adamam. Başımı qaldırıb heç kəsin üzünə baxan olmamışam, artıq danışmamışam. 40 ilə yaxındır bu söhbəti ürəyimdə saxlayıram. İndi də utana-utana deyirəm”. 
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/FsbCL3kcoiM" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">