Xəbər lenti

Əməkdar artist açıq ürək əməliyyatı olundu
Sənət06:21 15.01.2024

Əməkdar artist açıq ürək əməliyyatı olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist, rejissor Sərvər Əliyev açıq ürək əməliyyatı keçirib.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Rejissor əməliyatın uğurlu keçdiyini vurğulayıb:
"Ürəyimdə 6 damarı dəyişiblər. Həkimlər müalicəmi davam etdirir. İnşəllah vəziyyətim yaxşı olar”. 
Qeyd edək ki, bir neçə il əvvəl Əməkdar artist, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissoru Sərvər Əliyevin ürəyində problem yaranıb. Rejissorun ürəyinə ayrı-ayrı illərdə 3 dəfə stend qoyulub. 
Bahar Rüstəmli