
Teymur Əmrah: “Mayk Cekson heç vaxt canlı oxumayıb”
Mətbuatda nadir hallarda adı çəkilən və yaradıcılığında çoxdandır durğunluq yaşanan Teymur Əmrah “ATV” telekanalında yayımlanan “10-dan sonra” verilişinə müsahibə verib.
Qaynarinfo.az xəbər verir ki, ifaçı özünü Azərbaycan şou-biznesinde heç bir klipi olmayan müğənni adlandırıb. Teymur Əmrah bunun səbəbini də söyləyib:
“Bu günə qədər heç bir klipim olmayıb. Ona görə ki, mənim oxuduğum mahnıya klip çəkəcək qədər yaradıcı rejissor hələ görməmişəm. Mən Nərdivan mahnısını oxumuşam, bu mahnı üçün çəkilən klipdə gətirib nərdivan qoymaq lazım deyil. Gərək elə qurulsun ki, sözlərlə görüntülər üst-üstə düşsün.”
İfaçı dünya ulduzlarına da öz iradını bildirib. Əmrah tanınmış müğənniləri öz konsertlərində canlı oxumamaqda günahlandırıb:
“Hələ heç bir dünya ulduzu konsertində canlı oxumayıb. Atdanıb, düşməklə deyil ki, onlar hamısı fanaqram oxuyurlar. Dünyada yeganə ulduz Mayk Ceksondur. O belə, heç bir konsertində canlı musiqi ifa etməyib.”
Qaynarinfo.az