"Qəzanı mən törətməmişəm, mənim avtomobilimə vurublar".
Bunu Əməkdar artist Gülüstan Əliyeva keçirdiyi avtoqəzanın təfərrüatlarından danışarkən deyib.
Müğənni qəza nəticəsində avtomobilinin tam əzildiyini qeyd edib:
"Şükür ki, mənə heç nə olmayıb, yaxşıyam. Amma çox qorxdum. Avtomobilim sıradan çıxıb, çox ziyan dəyib, təmir olunmalıdır".
Qeyd edək ki, Əməkdar artist Gülüstan Əliyeva bir neçə gün öncə ağır qəza keçirib. Sumqayıt şossesində hərəkət halında olan avtomobil qarşıda sürətini azaltmış maşınla toqquşub.
Bahar Rüstəmli