Xəbər lenti

Əməkdar artist: "Oğlumun vəfatından sonra yatmıram" (VİDEO)
Ölkə06:15 19.04.2024

Əməkdar artist: "Oğlumun vəfatından sonra yatmıram" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Rəhman Rəhmanov "Xəzər axşamı" proqramında qonaq olub.
O, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:
"Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü".
Rəhman Rəhmanov aparıcı Mətanət Əlverdiyevanın "Emili heç yuxuda görmüsünüz" sualına isə belə cavab verib: 
"Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma".
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib. (Axşam.az)