Xəbər lenti

Əməkdar artist ruhi əsəb dispanserinə yerləşdirilib? - AÇIQLAMA
Ölkə08:13 04.04.2017

Əməkdar artist ruhi əsəb dispanserinə yerləşdirilib? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisası, əməkdar artist Ulduzə Nəsirovanın sinirlərində ciddi problem yaranıb.

"Ölkə.Az"-ın əldə etdiyi məlumata görə, aktrisa teatrda həmkarlarıyla və digər əməkdaşlarla yola getmir. Hətta onun ruhi əsəb dispanserinə yerləşdirildiyi iddia edilir:

Teatrın direktoru İslam Həsənov əməkdaşımızla söhbətində əməkdar artistin əsəblərinin yerində olmadığını, ancaq sonuncu dəfə iki gün əvvəl teatra gəldiyini deyib: 

"Arabir teatra gəlir, tamaşaları olanda gəlib oynayır. Əməkdaşlarla, aktyorlarla heç bir problemi yoxdur. Amma qonşularını özünə düşmən bilir. Əsəbləri pozulub. Bir qızı var, o da Türkiyədə yaşayır. Mən özüm də ona baş çəkirəm".

Qeyd edək ki, Ulduzə Nəsirova 1956-cı ildə anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun dram və kino aktyoru fakültəsinə qəbul olunub. 1984-cü ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. 2008-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

Qaynar.Az