Abbas Bağırov sosial şəbəkə istifadəçilərinə səslənib. Qaynarinfo.az xəbər verir ki, Əməkdar artist “İnstagram” hesabında ona yazılan şərhlər haqda fikirlərini bildirib.
Müğənni bu dəfə izləyicilərinə sərt mesaj yollayıb: “Mənim səhifəmdə paylaşılan şəkillər mənim şəxsi istəyimlədir və öz işimdir. Mən kiminsə sifarişi ilə nəsə paylaşmıram. Hər şeyin qədərini və həddini bilən insanam. Mən hörmətsiz deyiləm ki, burdakı insanları da hörmətsiz hesab edim! Sadəcə boş bekar qatıq yeməyi sevən insanlara demək istəyirəm ki, qatığı yeyəndə kənara dağıtmayın! Kimsə bura komment yazanda diqqətli olsun və çaşmasınlar. Cavab verməyəcəyimə əmin olun çünki kimsə çaşanda demək o insan yerini bilməyən və başında böyük bir qüsur var!”
Qaynarinfo.az