Xəbər lenti

Əməkdar artist Tanilya Əhmərova ilə vida mərasimi keçiriləcək
Sənət06:37 05.08.2015

Əməkdar artist Tanilya Əhmərova ilə vida mərasimi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən vəfat edən əməkdar artist Tanilya Əhmərova ilə vida mərasimi bu gün keçiriləcək. 

Qaynar.info xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, vida mərasimi 13:00-da Təzə Pir məscidində baş təşkil olunacaq.

Qeyd edək ki, T.Əhmərova uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edib. İyunun 1-də 65 yaşı tamam olan Aktrisa 1978-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bir çox - “Sevinc buxtası”, “Şir evdən getdi”, “Üzü küləyə”, “Qaynana”, “Yarımçıq qalmış mahnı”, “Üzeyir ömrü”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Portağal” (Ukrayna), “Hər şeydən əvvəl düzlü” (Özbəkistan.), “Dağıdılmış körpü” (1996) və s. – filmlərdə rol alıb.

Allah rəhmət eləsin!

Qaynar.info