Xəbər lenti

Əməkdar artist: "Toyda oxumadım, amma pulumu verdilər"
Maqazin16:27 08.05.2025

Əməkdar artist: "Toyda oxumadım, amma pulumu verdilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əməkdar artist Babək Niftəliyev dəvət aldığı toyda gəlinin onun oxumasını istəməməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
Babək Niftəliyev Qaynarinfo-ya açıqlamasında həmin toyda oxuması üçün ona növbə çatmadığını bildirib..
"Hadisə başqa cür olub. Bir toya dəvət almışdım, çoxlu müğənni var idi. Vaxt baxımından oxumaq üçün mənə növbə çatmadı. Oxumadım, amma bununla belə qonararımı verdilər", deyə Əməkdar artist bildirib.
Qeyd edək ki, yayılan məlumata görə, Əməkdar artist Babək Niftəliyevin dəvət aldığı toylardan birində gəlin onun oxumasını istəməyib. Sonda danışılan qonarar müğənniyə ödənilib və o, şadlıq evini tərk edib. 
Bahar Rüstəmli