"Mən Vaqif İbrahimoğlunun oğlu deyiləm".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcı şöbə müdiri - quruluşçu rejissor vəzifəsinə təyin edilən Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədov) deyib.
O, haqqında yazılan məlumatın araşdırılmadan yayıldığını əlavə edib:
"Vaqif ibrahimoğu mənim atam olmayıb".
Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədov) Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcı şöbə müdiri - quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu təyinatla bağlı xəbərdə Bəhruz Əhmədov mərhum rejissor Vaqif İbrahimoğlunun oğlu kimi təqdim edilib.
Bahar Rüstəmli
Şərhlər