"Verilişlərinə çıxdığımız TV-lər bizə qonorar ödəməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Nahidə Orucova deyib.
Onun fikirincə, bu problemi televiziya və onun rəhbərləri qarşısında qaldırmaq lazımdır:
"Biri var həkimsən, bu verilişə sponsorluq edirsən, biri də var müğənni, aktyor, aktrisa, bizim vaxtımız gedir. Efirdən, verilişdən dəvət alırsan, bu da düşür bizim məşqimzin vaxtına, min söz götürürük. Qonarar versələr, yaxşı olardı. Axır vaxtlar artıq aktyorların əksəriyyəti qonarar verilməsinin tərəfdarı olduğunu deyir. Əvvəl AzTV-də hansı verilişə çıxırdıqsa, orada kateqoriyalarla qonarar verirdilər. İndi niyə olmasın, bu qədər televiziya var.
Nahidə Orucova bildirib ki, dəvət aldıqları verilişlərə getmək üçün yanacaq yandırırlar, xərc çəkirlər:
"Havayı verilişə çıxarlar? Məni Sumqayıt televiziyası efirə dəvət edir, gedə bilmirəm. Cibimdən pul verib benzin alıram, ora getmək üçün xərc çəkirəm. Vaxtım da gedir, pulum da. Çox vaxt bu səbəbdən də dəvət aldığımız televiziyalara gedə bilmirik”.
Bahar Rüstəmli
Şərhlər