Xəbər lenti

Əməkdar artist xəstəxanaya yerləşdirildi
Sənət11:33 28.04.2017

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

"Qaynar" telegraf.com-a istinadən xəbər verir ki, Əməkdar artist səhhəti haqda özü məlumat verib: “Axşam saat 2 radələrində özümü pis hiss etdim və təcili yardım vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacam. İnsult keçirməmişəm”.

Aktyor xəstəliyinin işiylə bağlı olmadığını deyib: “İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”. 

Qaynar.Az