
Bir müddət öncə münasibətləri pisləşən Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Abbas Bağırov arasındakı "buzlar" deyəsən əriməyə başlayıb.
Qaynarinfo.az xəbər verir ki, sonuncu dəfə iki ifaçı arasında əsən "soyuq küləklər"dən sonra ilk dəfə Abbas Bağırov Brilliant Dadaşovaya jest edib. Bağırov Xalq artistinin oxuduğu “Bayatılar” mahnısından söz açarıq onu tərifləyib:
“Bayatılar” mahnısını kim də oxusa bunun möhrünü Brilyant xanım Dadaşova qoyub. Uşaqlıqdan bu mahnı nə vaxt, harda eşitsək ordan Brilyant xanımın səsini gözləyirik. Bu mahnını başqasının səsində qəbul etmək qəribə gəlir”.
Qaynarinfo.az